Trend Oyuncaqlar

Hörmətli Trend Oyuncaq mağazasının alıcıları

 Mağazamızdan hər məhsul aldıqda, aldığınız məhsullar müqabilində bonuslar əldə edəcəksiniz.Bu bonuslar toplanacaq və bunun sayəsində növbəti səfərlərdə mağazamızdan alacağınız məhsullara Endirimlər əldə etmiş olacaqsız.

Bonusların Hesablanması

  1. Bonuslar mağazamızdan alınan məhsulun dəyərinin 10 misli qədər hesablanır.
  2. Bonusların hesablanması üçün alıcı whatsapp istifadə etdiyi mobil nömrəsini bizə təqdim etməlidir.
  3. Mağazamızdan alınan oyuncaqla oynayarkən uşağın şəklin çəkib göndərən əlavə olaraq 50 bonus xalı əldə etmiş olacaq.

     Qeyd.  Həmin alınan məhsulun və ya məhsulların qiymətlərinin cəminin minimal dəyəri 10 manat olmalıdır. 

  4. Alış-veriş etmədən bonus toplamaq üçün instagram səhifəmizdə yerləşdirdiyimiz hər 1 postu 24 saat ərzində bəyənən, şərh yazan və yaddaşda saxlayan hər kəsə 20 bonus xalı verilir. Bu sadalananları edən şəxslər həmin postun öz bəyənmələri, şərhləri və yaddaşda saxlamaları görünməklə ekran görüntüsün çəkib bizim whatsapp nömrəmizə göndərmələri lazımdır. Əks halda bonus xalı hesablanmayacaq.
















  5. Alış-veriş zamanı alınan məhsulların dəyərinin ümumi cəmi

           — 51-100 azn olarsa, alıcıya əlavə 50 bonus

           — 101 — 200 azn olarsa, alıcıya əlavə 200 bonus

           — 201 azn və daha çox olarsa , alıcıya əlavə 500 bonus mağazamız tərəfindən hədiyyə verilir

Endirimlər

  1. 1000 bonus — 5% endirim
  2. 1500 bonus — 10% endirim
  3. 2500 bonus — 20 % endirim
  4. 6000 bonus — 30% endirim
  5. 10000 bonus — 50% endirim
  6. 15000 bonus — 100% endirim

Xüsusi Qeydlər

  1. Yığılan bonusları istifadə etmək üçün sonuncu alınan məhsuldan 4 ay (120 gün) keçməməlidir.

    Yığılan bonuslar 4 ay (120 gün) ərzində istifadə olunmazsa, bonuslar sıfırlanır

  2. 5%,10% və 20% endirimlərindən yararlananlar eyni anda 2 məhsulda bu endirimi istifadə edə bilərlər. Daha yüksək endirim faizlərindən istifadə zamanı mağazamızdan bir neçə məhsul  aldıqda, endirim yalnız 1 məhsula olacaq —  qiyməti ən baha olan məhsula şamil ediləcək.

  3. Bonuslardan istifadə zamanı alıcının almaq istədiyi məhsul mağaza tərəfindən endirimdədirsə həmin məhsula olunacaq endirim onun əsas qiyməti ilə nisbətdə edilir.
  4. Yuxarıda qeyd olunan bütün endirimlər dəyəri 100 manata qədər olan məhsullara şamil edilir.

 

Bizi izləməyə davam edin.

Shopping Cart